azadses.az » Cəmiyyət » Zəfər yolunun üzərində qədim abidələr aşkar edilib

Zəfər yolunun üzərində qədim abidələr aşkar edilib

Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolunun üzərində qədim abidələr aşkar edilib.

Bu barədə Trend-ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər. Qeyd olunub ki, yolun çəkilişi zamanı Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilib:

“Məlumatı yoxlamaq üçün institutun əməkdaşları Füzuli rayonuna bir günlük səfərə gedib. Tikinti mütəxəssisləri ilə birgə abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə baxış keçirilib. Müəyyən edilib ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.

İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılıb. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir. Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanılıb. Hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilib”.

Əlavə edilib ki, baxış keçirilən sahənin sıx və hündür otlarla örtülü olması, eyni zamanda güclü yağışdan sonra ətraf yerlərin palçıqlı olması ərazidə geniş müşahidələr aparmağa imkan verməyib. İstənilən halda bu sahə kurqanlarla birlikdə tarixi-arxeoloji əhəmiyyətə malikdir. Gələcəkdə arxeoloji qazıntılar göstərilən abidələrin təyinatı barədə daha dəqiq fikir yürütməyə imkan verəcək.

“Qısa müddətli tədqiqat zamanı Füzuli şəhərinin şimal-şərqində, Zəfər yolu ilə Köndələnçay arasında, təxminən 650 m (şərq-qərb) x 350 m (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilib. Burada iri ölçülü 20-dən artıq kurqan var. Hələ XIX əsrin sonlarında Moskva Arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski bu kurqanlardan beşini qazıb. Əlbəttə, onun bu fəaliyyəti arxeoloji qazıntı qaydalarına zidd olaraq kurqanların yalnız mərkəzi hissəsinin qazılması ilə həyata keçirilib.

Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılıb və bu abidələrə zərər yetirilib. Burada kurqanların əksəriyyəti şimal-cənub istiqamətində bir xətt üzrə düzülüb, bir neçəsi isə bu düzümün sağ və solunda yerləşib. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmayıb. Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq mina təmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir.

Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Buradakı kurqanlar Qarabağın, o cümlədən bütövlükdə Azərbaycanın Tunc dövrü dəfn adətlərinin, antropologiyasının, maddi mədəniyyətinin tədqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub. Bütün bunları nəzərə alaraq qeyd edilən sahələrdə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılmasını zəruri hesab edilir. Qarabağda həyati əhəmiyyət kəsb edən bərpa-tikinti-quruculuq işləri ilə yanaşı arxeoloji tədqiqatların təşkil edilməsi abidələrimizin xilasına, tarixi-mədəni irsimizin tədqiq edilməsinə xidmət etmiş olardı”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?