azadses.az » Dünya » Ümumdünya Ticarət Təşkilatı ölüm ayağında

Ümumdünya Ticarət Təşkilatı ölüm ayağında

Əvvəlcə Tramp, sonra COVID, indi isə Rusiyanın Ukraynaya qarşı müharibəsi təşkilatı iflic edib. Çoxları etiraf edir ki, ÜTT artıq dünya iqtisadiyyatının problemlərini həll etmək iqtidarında deyil.

Qlobal pandemiya, ardınca da Ukrayna ilə Rusiya arasında yaşanan müharibə dünya iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyub. İqtisadi çətinliklər, qlobal ərzaq problemi dünya ölkələrinin başının üstünü “Domokl qılıncı” kimi kəsdirib. Hazırda dünya bazarlarında inflyasiya ilə yanaşı iqtisadi durğunluq da hökm sürür. Bazarlara inamsızlıq, investorların bazarlara laqeydliyi artmaqdadır. “Financial Times” yazır ki, investorlar indi nəyə güvənəcəklərini bilmirlər. Birjalar enişdədir, səhmlərin qiyməti enir. Neft, qaz və strateji metalların qiymətləri də çox dəyişkəndir və durğunluq gözləntiləri qarşısında onların enmə tendensiyası güclüdür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Eniş tendensiyası həm də tənəzzülü anonslayır

Bu eniş tendensiyası həm də tənəzzülü anonslayır. Buğda və qarğıdalının da qiymətləri sürətlə artır. Yeri gəlmişkən, son illər ciddi problemlər yaşayan Ümumdünya Ticarət Təşkilatı da böhran içindədir. İş o yerə çatıb ki, təşkilatın fəaliyyətinin məqsədəuyğun olmaması barədə narahatlıqlar yaranmağa başlayıb. Görünür elə bu səbəbdəndir ki, təşkilata üzv dövlətlər bu günlərdə bir araya gəlib problemləri həll etmək istəyib. Görüşdən sonra mediaya verilən açıqlamada bildirilir ki, yoxsulluğun azaldılmasına kömək edən beynəlxalq ticarət sisteminin çökməsinin qarşısını almağa müvəffəq olunub. 28 trilyon dollar həcmində qlobal ticarətin 98 faizlik payına sahib olan 164 üzv ölkənin nümayəndələri ilkin olaraq balıqçılığa dövlət dəstəyini və COVID vaksinləri üçün patent mühafizəsini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Tədbir iştirakçıları yarımçıq qərarlarla kifayətləniblər

Lakin Qərb mediası yazır ki, tədbir iştirakçıları yarımçıq qərarlarla kifayətləniblər. Belə ki, ÜTT islahatları və kənd təsərrüfatı subsidiyaları kimi əsas məsələlərdə heç bir irəliləyiş əldə olunmayıb. BBC nazirlərin görüşünü 2017-ci ildə Buenos-Ayresdəki uğursuzluqdan sonra növbəti uğursuzluq kimi qələmə verib.

ÜTT-nin xanım rəhbəri Nqozi Okonjo-İveala isə bir gün iki gecə davam edən mübahisələrdən sonra beynəlxalq əməkdaşlığın “misli görünməmiş” uğurunu elan edib. Bəlkə də, haqlıdır: qətnamə həm Ukrayna, həm də ona hücum edən Rusiya tərəfindən imzalanıb. “Biz dünyaya sübut etdik ki, ÜTT üzvləri geosiyasi fərqlərə baxmayaraq, dünya ticarətinin problemlərini həll etmək və ÜTT-ni yenidən canlandırmaq naminə birləşməyə qadirdirlər”, - deyə xanım rəhbər bildirib. Hərçənd ki, mütəxəssislər onun nikbinliyini bölüşmürlər. Çünki elan edilən razılaşmalar kiçikdir və ÜTT-nin ayaqda qalması ilə bağlı həyati məsələ hələ də olduğu yerdə qalıb.

"Dünya ticarətinin qaydaları ayaqda qaldı"

Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin (ECİPE) Britaniya üzrə direktoru David Henig də nikbin bəyanatla çıxış edib. O qeyd edib ki, “dünya ticarətinin qaydaları ayaqda qaldı”. Əlavə edib ki, “nazirlərin görüşündə ÜTT-nin qəfil ölümünün qarşısını almaq üçün bu qədər səylərin sərf edilməsi heyrətamizdir. Əlbəttə, yaxşı haldır ki, ÜTT-yə üzv olan ölkələr hələ də razılaşmağa çalışırlar. Lakin onların arasındakı dərin fikir ixtilafı bu səyləri heçə endirir”.

Cəza mexanizmi iflic vəziyyətindədir

Amma ümumilikdə təşkilatın bir neçə ildir ki, komada olduğu fikri hakimdir. Donald Trampın prezidentliyi dövründə ABŞ yeni üzvlərin təyinatına mane olmuşdu. İndi ÜTT yeni qaydalar yaratsa da, mübahisələri həll etmək imkanından məhrumdur. Bu o deməkdir ki, ölkələr hər şeyə imza ata bilər. Lakin onu heç bir nəticə olmadan pozmaq da olar. Çünki cəza mexanizmi iflic vəziyyətindədir. “ABŞ və Aİ keçən əsrin sonunda formalaşan ÜTT qaydalarının müasirləşməsinə ehtiyac olduğunu deyirlər, çünki Çin və Hindistan kimi inkişafda olan ölkələr onlardan sui-istifadə edir. Bununla bağlı illərdir ki, ortaq məxrəcə gəlmək mümkün olmur. Nəticədə də ÜTT hesabdan silinib”, - deyə BBC yazır. Beləliklə, bir tərəfdən böyük və zəngin, digər tərəfdən isə kiçik və inkişafda olan ölkələr arasında maneələr tədricən aradan qalxıb və rəqabət şəraiti bərabərləşib. İndi bu sistemə üç zərbə endirilib: əvvəlcə Tramp, sonra COVID, indi isə Rusiyanın Ukraynaya qarşı müharibəsi.

Nə barədə razılığa gəlinib?

ÜTT üzvləri ilk olaraq peyvəndlə bağlı razılığa gəliblər. Üzv dövlətlər koronavirus pandemiyası vaxtı Hindistan və Cənubi Afrikanın tələb etdiyi kimi, COVID peyvəndlərinin patentlə qorunmasını yumşaltmaq qərarına gəliblər. Lakin indi bu, artıq aktual deyil. Peyvəndlərin əlavə ehtiyatları yaranıb - 2 milyarddan çox doza öz alıcılarını gözləyir. Üstəlik, təkcə peyvəndlər üçün deyil, həm də COVID dərmanlarına aid patentlərin ləğvi tələbi də gündəmdə qalır. Ölkələr patent sahiblərinin itkilərini kompensasiya etməyə məcbur olublar. Bundan əlavə, ÜTT balıqçılığa dövlət dəstəyinin qismən ləğvini dəstəkləyib. Qadağa yalnız qeyri-qanuni balıq ovu və neytral sulardakı balıqçılıq gəmiləri üçün subsidiyalara şamil edilir. Üstəlik, ÜTT ölkələri anlaşmanın gələcəkdə bütün balıqçılığa şamil olunmasına razılaşmalıdırlar. Əks təqdirdə razılaşma 4 ildən sonra avtomatik olaraq qüvvədən düşmüş sayılacaq. Görüşdə internet ticarəti ilə də bağlı razılığa gəlinib. 1998-ci ildən ÜTT hər iclasında filmlər, proqram təminatı, oyunlar və bu kimi rəqəmsal məhsulların transsərhəd ticarəti üçün gömrük rüsumlarına moratoriumun müddətini uzadıb. Ancaq hazırda ilk dəfə olaraq, buna qarşı narazılıq əmələ gəlib. Hindistan və Cənubi Afrika (COVID patentlərində olduğu kimi) qaydaların dəyişdirilməsini tələb edir. Onları 2023-cü ilin sonunda keçiriləcək növbəti görüşə qədər gözləməyə inandırmaq mümkün olub. Əgər orada heç bir kompromis tapılmasa, 2024-cü ilin aprelindən ölkələr “Netflix” serialları və ya “Kindle” elektron kitabları kimi rəqəmsal idxala rüsumlar qoya biləcəklər. ÜTT nazirlərinin görüşünün “misli görünməmiş uğuru” da elə bu olub.

Yekun olaraq qeyd edək ki, görüşdə ÜTT-də islahatlar yenidən təxirə salınıb. Konfransın qərarında sadəcə deyilir ki, bu, aktual məsələdir və hamı onu 2024-cü ilə qədər həll etməyə razılaşıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?