Pandemiyaya görə dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
- 17-09-2020, 13:03
- Dünya
Koronavirusun yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2021-ci ilin sonuna qədər 7 trilyon ABŞ dolları təşkil edəcək.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu qiymətləndirməni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş iqtisadçısı Lorans Bun “Les Echos” qəzetinə verdiyi müsahibədə açıqlayıb.
“2021-ci il üçün proqnozlarımızı dəyişdirməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətli bərpa olunmayacaq. Virusla hələ bir çox ay yaşayacağıq. 2021-ci ilin sonuna qədər qlobal ÜDM 7 trilyon ABŞ dolları itirəcək. Bu ciddi sarsıntıdır”, - o deyib.
Qeyd edək ki, İƏİT çərşənbə günü yaydığı hesabatda koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbətə doğru dəyişəcəyi halda 2020-ci ildə dünya ÜDM-nin azalma göstəricisinin əvvəlcədən proqnozlaşdırıldığı kimi 6% deyil, 4,5% ola biləcəyini qeyd edib.
Təşkilatdan yeni hesabatında 2020-ci ildə qlobal istehsalda azalmanın gözləniləndən daha az olduğu, lakin ən yeni tarix üçün görünməmiş hal olduğu vurğulanır. İƏİT-dən bildiriblər ki, məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsindən və müəssisələrin yenidən işə başlamasından sonra istehsal həcmləri sürətlə artıb, lakin yay aylarında qlobal bərpa sürəti bir qədər yavaşlayıb.