azadses.az » Dünya » Aleksey Nejivoy: “Rusiya üçün Azərbaycan daha önəmlidir, bu göz qabağındadır”

Aleksey Nejivoy: “Rusiya üçün Azərbaycan daha önəmlidir, bu göz qabağındadır”

Rusiyalı ekspert, Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy hazırda Ermənistanda vəziyyətlə bağlı öz fikrini bildirib.

Hazırda ölkə və onun elitası regionda, dünya iqtisadiyyatında öz yerini axtarır.

“İndi Ermənistanda baş verənlər bilavasitə elitanın ölkə əhalisinin maraqlarına deyil, öz maraqlarına həddən artıq diqqət yetirməsinin nəticəsidir. Erməni istəblişmenti hazırda xarici və daxili situasiyanın, iqtisadi çətinliklərin təsiri altında aktiv şəkildə təkmilləşir, lakin müsbət inkişaf variantlarını görmür. Və bu zaman hər şeydə günahlandırıla bilən ümumi düşmən obrazı həmişə “kömək edir”.

Erməni elitasına daim gündəmdə qalmaq üçün iqtisadi əlaqələr qurmaq, insanların güzəranını yaxşılaşdırmaq sərfəli deyil. Uğursuzluqlarınızı və ölkədəki çətinlikləri üzərilərinə yaza biləcəkləri düşmənləri olmalıdır.

Ayrıca əlavə etmək istəyirəm ki, Azərbaycan Cənubi Qafqazda sabitlik məsələlərində Rusiya üçün strateji tərəfdaşa çevrilir. Bunun üçün isə Azərbaycanda hər şey yaxşı olmalıdır. Ermənistan isə ən yaxşı halda regionda dağıdıcı element kimi xarici qüvvələrin tələbat obyektidir. Ancaq dünyanın böyük oyunçuları hazırda bunda maraqlı deyil”, - deyə qeyd edib.

Ermənistanda sülhün, iqtisadi əməkdaşlığın sonsuz qarşıdurmadan daha yaxşı olduğunu başa düşəcək və bunu xalqa çatdıra biləcək kifayət qədər sağlam düşüncəli adamların olub-olmaması və hətta yerli Elmlər Akademiyasının erməni alimlərinin belə Qarabağın heç bir statusda Azərbaycanın tərkibində ola bilməyəcəyi ilə bağlı bəyanatlar verməsinə münasibət bildirən ekspert bu məqamda hər şeyin siyasi konyunkturadan asılı olduğunu bildirib.

“Bu insanlar bu gün Ermənistanı idarə edən elitanın simasıdır, bu, hakimiyyət orqanlarına sədaqət nümayişidir. Amma ümumilikdə Ermənistan çökmüş vəziyyətdədir”, - deyə o vurğulayıb.

“Mən bir neçə il əvvəl demişdim ki, Qarabağ məsələsi dövlətin, iqtisadi modelin uğuru məsələsidir. Kim siyasi və iqtisadi cəhətdən daha güclüdürsə, o da sonda qalib gələcək. Azərbaycan bu yarışda birmənalı şəkildə qalib gəldi. Amma Ermənistan öz yerini tapmayıb.

Ermənistan tərəfinin çoxlu variantı yoxdur. Rusiya üçün Azərbaycan daha önəmlidir, bu göz qabağındadır. Regionda uğurlu dövlətə çevrilmiş Azərbaycan Respublikası geosiyasi baxımdan Rusiya üçün sərfəli variant hesab olunur.

Bəli, Rusiya Federasiyası haradasa öz maraqlarından əl çəkməli olacaq, lakin Cənubi Qafqazda sabit təməli olacaq. Müəyyən mərhələdə Ermənistandan sadəcə olaraq heç nə soruşulmayacaq. Siyasət - mümkün olanın sənəti, güclü olanın haqqıdır. Bu ifadə hər şeyi deyir. Azərbaycanın güclünün haqqına sahibdir, Ermənistanda isə siyasi dağıntılar vəziyyəti daha da gərginləşdirir” – deyə Aleksey Nejivoy Rusiyanın bu məsələdə mövqeyi ilə bağlı fikirlərini ifadə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  2. 65 yaşlı kişini ilan sancdı
  3. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  6. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  7. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  8. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  9. Bakıda yol qəzası olub, xəsarət alan var
  10. Talış Dağlıq zonasında güclü zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”