“Cənubi Qafqazda türk-erməni qarşıdurması başa çatır”
“Hazırda Cənubi Qafqazda çox fərqli bir proses gedir. Erməni diasporunun bütün enerjisini sərf etdiyi cəhdlər çökmək üzrədir”.
“Azadsəs.az” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq başa çatır. Qarabağın azad edilməsi ilə, müstəqilliyini qazanaraq Azərbaycana qovuşması ilə birlikdə tarixdə artıq orada yeni bir səhifə açıldı”, - deyə Kalın qeyd edib.
Kalın, həmçinin Türkiyə və Ermənistanın qarşılıqlı olaraq münasibətlərini normallaşdırmaq üçün addımlar atdığını da xatırladıb. O bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək.