Ərdoğan: “Artıq Yunanıstanla ikitərəfli danışıqlar aparmayacağıq”
- 1-06-2022, 19:32
- Dünya
“Artıq Yunanıstanla ikitərəfli danışıqlar aparmayacağıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında deyib.
“Yunanıstan doqquz ABŞ bazasının yaradılması üçün imkan yaratdı. Yunanıstanla yüksək səviyyəli strateji şura müqaviləmiz var idi. Biz Yunanıstanla bu müqaviləni pozduq. Tarixdən heç dərs almırsan? Tarixdə harada idin, indi hardasan? Sonra da başlayırsan ağlayıb sızıldamağa. Türkiyə ilə oynamağa çalışmayın, yarı yolda qalarsınız. Hazırda biz bu müqaviləni ləğv etməklə artıq onlarla ikitərəfli danışıqlar aparmayacağıq. Bu Yunanıstan çətin ki, doğru yola gələ. Nə vaxt bu səhvləri düzəldər, dürüst olarsa, qarşımızda oturacağı yeri hazırdır”, - deyə Türkiyə lideri vurğulayıb.