Osmanlı sikkələri internetdə milyonlarla lirəyə satışa çıxarılıb
Tarixi əsər və ya antikvar sayılan sikkələrin satışı ilə bağlı elektron ticarət əməliyyatlarının aparıldığı platformada yaradılan elanlarda “kolleksiyaçılar üçün” və “tarixi pul” kimi ifadələr, o cümlədən onların hansı dövrdə olduğu kimi məlumatlar paylaşılır. İnternet saytında “pul, medal” başlığı altında 17 mindən çox elan arasında V Mehmed dövrünə aid deşikli sikkə ən yüksək qiymətə satışa çıxarılıb.
Osmanlı İmperiyasının 35-ci sultanı V Mehmedin hakimiyyətinə aid 20 dəlikli sikkənin sahibi onlara 50 milyon lirə qiymət qoyub. Osmanlı İmperatorluğunun 34-cü və son sultanı II Əbdülhəmid dövrünə aid pul da sahibi tərəfindən 42 milyon lirəyə satışa çıxarılıb. Çoxu Osmanlı dövrünə aid sikkələrin satışa təqdim edildiyi elanlar arasında müxtəlif dövrlərdə istifadə edilən xarici sikkələr də var.
İstehlakçılar Birliyi Antalya Şöbə rəhbəri Neşet Gündüz, internetdə “tarixi əsər” olaraq ifadə edilən obyektlərin satışı ilə əlaqədar olaraq bildirib ki, Osmanlı sikkələri tarixi əsər xüsusiyyətinə malik olmaya bilər:
“Bəzi internet saytlarında “tarixi”, “antik” kimi ifadələrlə satışa təqdim edilir. Almaq istəyənlər diqqətli olsun. Tarixi əsərlərin satışı üçün muzey müdirliyinin icazəsi olmalıdır. Satış olsa belə polis müdaxilə edə bilər. Almaq istəyənlər ilkin ödəniş etməməli, ancaq mütəxəssislərlə əlaqə saxlamalıdırlar. İnternetdə tarixi və ya antik dəyəri olmayan obyektlərin satılması problemli vəziyyətə səbəb ola bilər və hüquqi proseslə üzləşə bilərsiniz”, – deyə Neşet Gündüz qeyd edib.