Xankəndidəki ermənilər mənzillərini satışa çıxarır. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Mənzillər 35-40 min dollar civarında satışa çıxarılıb. Mənzillərin qiymətinin aşağı olması ermənilərin mənzili qısa müddətdə sataraq, şəhəri mümkün qədər tez tərk etmək istəməsindən xəbər verir.