Rusiyalılar “Avroviziya”da səsvermə hüququndan məhrum edildilər
- 3-05-2022, 23:52
- Dünya
Rusiyalılar 2022-ci il mayın 10-da Turində başlayacaq “Avroviziya”nın iştirakçılarına səs verə bilməyəcəklər.
Bu barədə müsabiqənin icraçı prodüseri Klaudio Fazulo xəbər verib.
“Müsabiqə zamanı səsvermə yalnız orada iştirak edən ölkələrdən mümkündür. Tədbirdə iştirak etməyən Rusiya öz ərazisindən səs verə bilməz”, - deyə Fazulo bildirib.
Xatırladaq ki, fevralın 25-də Rusiya beynəlxalq mahnı müsabiqəsində iştirakdan kənarlaşdırıldı. Təşkilatçılar bu qərarı Rusiya ordusunun fevralın 24-də Ukrayna ərazisinə hücumu ilə əlaqədar verdiklərini bəyan ediblər.