Avropa Şurasının rəhbəri: “Növbəti pandemiyalara hazır olmalıyıq”
“Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammitində çıxış edən Avropa Şurasının rəhbəri Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqı növbəti pandemiyalara hazır olmalıdır.
Avropa Şurasının rəhbəri bu məsələdə əməkdaşlığı gücləndirmək üçün beynəlxalq müqaviləyə ehtiyac olduğunu bəyan edib.
“Geniş şəkildə dəstəklənən pandemiya müqaviləsi bizə beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan verəcək”, - deyə Şarl Mişel bildirib.
O, həmçinin əlavə edib ki, G20 dövlətlərinin koronavirus peyvəndini bütün dünyaya yaymaqda kollektiv iqtisadi marağı və mənəvi öhdəliyi var.