Bu telekanallar Rusiyada yayımını dayandırır
- 18-04-2022, 19:42
- Dünya
ABŞ-ın “Paramount” şirkətinə məxsus olan “Paramount Comedy”, “MTV Russia”, “MTV Live”, “Nickelodeon”, “Nick Jr.”, “NickToons” və digər telekanallar aprelin 20-dən Rusiyada yayımını dayandırır.
Bu barədə “Azadsəs.az” Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardır.
Qeyd edək ki, hələ martın ortalarından “Paramount Global” şirkəti Rusiyadan olan müştəriləri ilə iş birliyindən və kontenti lisenziyalaşdırmaqdan imtina etmişdi.
Buna qədər oxşar qərarı “Discovery” şirkəti qəbul etmişdi. Şirkət “Discovery Channel” və “Animal Planet” daxil olmaqla, 15 kabel kanalın yayımını dayandırmışdı.