Ukrayna aviaşirkəti Bakıya uçuşları dayandırır
- 2-01-2022, 23:07
- Dünya
![](/uploads/posts/2022-01/medium/1641148347_skyup.jpg)
“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Dövlət Aviasiya Xidməti aviaşirkətin özünün müraciəti əsasında “SkyUp”ın Zaporojye şəhərindən Azərbaycan və Türkiyəyə iki reys üzrə lisenziyasını ləğv edib.
Bununla da, şirkət Zaporojye - Bakı – Zaporojye və Zaporojye - İstanbul – Zaporojye uçuşlarının həyata keçirilməsinə son qoyub.
Uçuşların hansı səbəbdən dayandırıldığı açıqlanmayıb.