Avropada salmonella panikası: “Kinder Surprise”lər geri toplanılır
İngiltərədə 60-dan çox uşaq “Kinder Surprise” yumurta şəkilli şokoladlarından salmonella bağırsaq infeksiyasına yoluxub.
Müəyyən ölçülərdə və qablaşdırmada olan “Kinder Surprise” məhsullarının geri toplanması qərara alınıb.
İngiltərə Qida Standartları Agentliyi (FSA) şokolad şirkəti “Ferrero”nun epidemiya ilə bağlı araşdırmaların davam etdiyi müddətdə ehtiyat tədbiri olaraq bəzi yumurta partiyalarını geri çağırdığını açıqlayıb.
Təsir altında qalan məhsulların son istifadə tarixi 11 iyul-7 oktyabr 2022-ci il olan 2 partiyanı əhatə edəcəyi açıqlanıb.
İngiltərə Qida Standartları Agentliyinin rəsmisi Tina Potter bu məhsulun uşaqlar arasında populyar olduğunu nəzərə alaraq valideynləri evlərindəki bu məhsulların təsir altında qalıb-qalmadığını yoxlamağa çağırıb.
“Kinder Surprise” istehsalçısı “Ferrero” şirkəti də açıqlamasında bu son istifadə tarixlərinə malik olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.
İngiltərədə bu xəstəliklə bağlı hər hansı ölüm halı olmasa da, ümumilikdə 63 yoluxma halı qeydə alınıb ki, bunun da böyük əksəriyyətini 5-6 yaşlı uşaqların təşkil etdiyi bildirilir.
İngiltərə ilə yanaşı İrlandiya, Fransa, Almaniya, İsveç və Hollandiyada da salmonellaya yoluxma hallarının müşahidə olunduğu və “Kinder Surprise” yumurtalarının Belçikada istehsal edildiyi açıqlanıb.