Главная > Dünya / Manset > Çernobıl AES-in enerji təchizatı bərpa edildi
Çernobıl AES-in enerji təchizatı bərpa edildi13-03-2022, 22:16. Разместил: admin |
![]() “Azadsəs.az” xəbər verir ki, bu barədə energetika naziri German Qaluşenko bildirib. “Bu gün NPC “Ukrenergo” mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində rus işğalçıları tərəfindən ələ keçirilən Çernobıl AES-in enerjisini qaytarmaq mümkün olub”, - nazir qeyd edib. Qaluşenkonun sözlərinə görə, indi işlənmiş nüvə qurğularının soyutma sistemləri ehtiyat enerjidən yenidən normal rejimdə işləyəcək. Qeyd edək ki, Çernobıl AES-in elektrik enerjisi martın 9-da kəsilib. Həmin gün Ukrayna tərəfi elektrik təchizatının bərpası üçün 48 saat vaxt olduğunu açıqlayıb. Вернуться назад |