Paşinyanın partiyasının prezidentliyə namizədi: “Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıyıq”
- 3-02-2022, 14:02
- Dünya
“Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır”.
Bu sözləri Ermənistanın “Vətəndaş sazişi” Partiyasının prezidentliyə namizədi Vaaqn Xaçatryan yerli televiziya kanalına müsahibəsi zamanı deyib.
V.Xaçatryan bildirib ki, o qonşularla necə müharibə edilə biləcəyini təsəvvürünə gətirə bilmir.
“Mən düşünürəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür”, - deyə o bildirib.
O, erməni müxalifətinin “sülhə məcbur olma” tezisini köhnəlmiş hesab etdiyini açıqlayıb:
“Ermənistan vətəndaşları anlamalıdır ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq belə, sülhə çalışmalı, digərləri ilə münasibətdə bunu rəhbər tutmalıyıq”.
V.Xaçatryan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirdiyini vurğulayıb.
“Prosesi davam etdirmək lazımdır. Nəticədə proses iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq”, - deyə o qeyd edib.
Mənbə: Sputnik Ermənistan