azadses.az » Dünya » İşxan Verdyan: “Radikal qüvvələr Ermənistanda nüfuzlarını sürətlə itirirlər” - MÜSAHİBƏ

İşxan Verdyan: “Radikal qüvvələr Ermənistanda nüfuzlarını sürətlə itirirlər” - MÜSAHİBƏ

Tanınmış erməni fəal və bloqer İşxan Verdyan Oxu.Az-a müsahibə verib. O, bir çox ekspertlərin regionda “imkanlar pəncərəsi”nin açılması ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşıb:

- Belə bir hiss var ki, vəziyyət inamla sülhə doğru dəyişib. Ən azından bölgəmizdə əvvəllər olmayan bir şey baş verir. Ermənistan indiyə qədər həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin tənzimlənməsinə yönəlmiş belə bir xarici siyasət yürütməyib. İrəvanda Bakı və Ankara ilə nizamlanmanın zəruriliyi açıq şəkildə dilə gətirilir, bu dəyişiklikləri görməmək mümkün deyil. Düşünürəm ki, bu tendensiyalar böyüyəcək və hamımızı tez və yaxşı nəticələrə apara biləcək.

- Ermənistan prezidenti Armen Sarkisyanın son istefası haqda nə düşünürsünüz? O, son dərəcə qərbyönlü siyasətçi sayılırdı. Onun yerinə hakim “Vətəndaş sazişi” partiyası praqmatist və sülh tərəfdarı sayılan Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.

- Bu, sülh yolu ilə nizamlanma istiqamətində bir addımdır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Ermənistan prezidenti həlledici siyasi fiqur deyil. Konstitusiya islahatlarından sonra, Ermənistanın parlament idarəetmə formasına keçdikdən sonra belə bir mövqenin niyə qaldığı tam aydın deyildi.

Amma sonradan məlum oldu ki, prezident nəzarət və balans sistemində müəyyən rol oynayır. Onun səlahiyyəti azdır, lakin o, hər zaman Konstitusiya Məhkəməsinə müraciət edə bilər, ondan parlamentin qəbul etdiyi qanunların və ya hökumətin qərarlarının konstitusiyaya uyğunluğunu təhlil etməyi istəyə bilər.

Əvvəllər prezident kürsüsündə olan şəxs - Armen Sarkisyan sizin ifadənizlə, qərbyönlüdür, özünü Nikol Paşinyanın islahatlarının kəskin əleyhdarı kimi göstərdi, baş nazirin komandasının çarxına çomaq qoydu. Onun istefası siyasi meydanın köhnə hakimiyyətin ilkin elementlərindən təmizlənməsidir.

İndi Ermənistan prezidentinə Nikol Paşinyanın partiyası nəzarət edəcək, Vaaqn Xaçatryan islahatlara mane olmayacaq. Onun kifayət qədər praqmatik baxışlara malik olması da yaxşı xəbərdir. Ola bilsin ki, bu, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli münasibətlərin nizamlanmasına müsbət töhfə verəcək.

- Bunun fonunda nizamlanmanın əleyhinə olan radikalların fəallaşması davam edir. Eynilə, Varujan Avetisyanın daim üsyana çağırdığı kimi...

- Haqqında danışdığınız radikal qüvvələr sülh yolu ilə nizamlanmanı dayandırmaq iqtidarında deyillər, onlar Ermənistanda nüfuzlarını sürətlə itirirlər. Onların müharibədən başqa təklif edəcəyi heç nə yoxdur. Əgər adını çəkdiyiniz Varujan Avetisyandan danışsaq, o, əksəriyyəti hazırda həbsdə olan komandanın üzvü idi. 2016-cı ildə polis idarəsini ələ keçirərək terror aktını törədən də məhz onlar olub. Tutulma zamanı bir polis əməkdaşı da öldürülmüşdü.

Deməli, bu insanlar ciddi siyasi qüvvə deyillər. Onların arxasında çox az adam dayanır, onlar heç bir dinc təşəbbüsü torpedləyə bilməyəcəklər.

- Amma hansısa yeni terror aktı, Nikol Paşinyanın həyatına qəsd təşkil etməyə cəhd edə bilərlər.

- Ümumiyyətlə, belə bir təhlükə olub və mövcuddur. Amma həmin Varujan Avetisyan tərəfində yox, bu, onun üçün adi ritorikadır.

Amma mən özüm dəfələrlə demişəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanı yaxşı qorumaq, hər hansı terror və sui-qəsd cəhdlərini dayandırmaq lazımdır.

Nair Əliyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?