Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı
Haiti Prezidenti Jovenel Moizə sui-qəsd ittihamı ilə İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verilən şübhəli saxlanılıb.
“Azadsəs.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışda olan Samir Handal İstanbul Hava Limanında yaxalanıb.
Şübhəli İstanbul üzərindən ABŞ-dan İordaniyaya gedərkən, yerli vaxtla saat 06:55-də tutulub. O, sabah məhkəmə qarşısına çıxarılacaq.
Xatırladaq ki, Moiz iyulun 7-də sui-qəsd nəticəsində öldürülüb. Onun həyat yoldaşı Martin Moiz isə yaralanmışdı. Prezident öldürüldükdən sonra müvəqqəti baş nazir Klod Cozef ölkədə fövqəladə vəziyyət elan etmişdi.