Главная > Dünya / Kriminal > Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı
Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı16-11-2021, 09:37. Разместил: admin |
Haiti Prezidenti Jovenel Moizə sui-qəsd ittihamı ilə İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verilən şübhəli saxlanılıb. “Azadsəs.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışda olan Samir Handal İstanbul Hava Limanında yaxalanıb. Şübhəli İstanbul üzərindən ABŞ-dan İordaniyaya gedərkən, yerli vaxtla saat 06:55-də tutulub. O, sabah məhkəmə qarşısına çıxarılacaq. Xatırladaq ki, Moiz iyulun 7-də sui-qəsd nəticəsində öldürülüb. Onun həyat yoldaşı Martin Moiz isə yaralanmışdı. Prezident öldürüldükdən sonra müvəqqəti baş nazir Klod Cozef ölkədə fövqəladə vəziyyət elan etmişdi. Вернуться назад |