İrəvanda insanlar məhkəmə binasının qarşısına toplaşdılar
- 15-11-2020, 15:40
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “RİA Novosti” bu barədə xəbər yayıb.
Bildirilir ki, hazırda yüzə yaxın adam məhkəmə binasının qarşısında toplaşıb. İştirakçılar şüarlar səsləndirmirlər. Hətta ərazidə xüsusi polis bölmələri və ağır təchiz olunmuş təhlükəsizlik qüvvələri də yoxdur. Məhkəmə binasının xaricində sakit atmosfer hökm sürür.
Qeyd edək ki, ölkənin Milli Təhlükəsizlik Xidməti müxalifətçilərin Ermənistan baş nazirinə sui-qəsd cəhdi, Sisian könüllü dəstəsinin komandiri A.Minasyan da daxil olmaqla, bir neçə nəfər cinayət əməllərində şübhəli bilinərək, saxlanıldığı barədə xəbər vermişdi.
Bir neçə gündür İrəvanda müxalifət mitinqləri keçirilir, iştirakçılar N.Paşinyanın Qarabağda atəşkəs barədə razılaşma imzaladığı üçün istefasını tələb edirlər.