Lukaşenko: “Mən diz çökməyə hazırlaşmıram!”
Belarus Prezidenti Aleksandr Lukaşenko Qərblə geosiyasi qarşıdurmada qalib gəlmək üçün ölkə iqtisadiyyatını gücləndirməyin vacibliyini bəyan edib.
67 yaşlı siyasətçi bu barədə Belarus Respublikasının İstehlak Cəmiyyətləri Birliyinin nümayəndələri ilə görüşündə çıxış edərkən söyləyib.
A.Lukaşenko vurğulayıb ki, ölkədə inqilabi proseslərin qarşısı alınsa da bununla iş bitmiş hesab etmək olmaz:
“Bizi diz çökdürənə qədər hələ uzun müddət sirkələməyə çalışacaqlar. Mən diz çökməyə hazırlaşmıram! Əgər, siz bunu istəyirsinizsə edin, ancaq mənsiz”.
Belarus Prezidentin sözlərinə görə, hazırda respublika iqtisadiyyatının nizam-intizama ehtiyacı var.
Siyasətçi həmçinin əlavə edib ki, əgər onlar çətinliklərin öhdəsindən gəlsələr və güclü iqtisadiyyat qursalar heç bir sanksiya, heç bir başqa dövlət onları məğlub edə bilməz.
Mənbə: “RİA Novosti”