Lukaşenko etirazçı ilə belə mübahisə etdi - Video
- 18-08-2020, 10:00
- Cəmiyyət
Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı ona “özünü güllələməyi” təklif edən kütləyə yaxınlaşaraq mübahisə edib.
“Qafqazinfo” xəbər verir ki, mübahisənin videogörüntüləri yerli “Tut.b” portalı tərəfindən yayımlanıb. Görüntülərdə Prezidentin zavodu tərk etdiyi anda işçilərdən birinin onun istiqamətində ” Özünüzü güllələyin, zabit!” deyə qışqırdığı eşidilir.
Lukaşenko onu müşayiət edənlər tərəfindən mühasirəyə alınaraq dərhal işçi kütləsinə yaxınlaşaraq çağırışlara cavab verir: “Yerinizdə dayanın, narahat olmayın, sizi döyməyəcəm. Bu, mənim maraqlarımda deyil. Əgər bir nəfər burda təxribat törətsə, amansız davranacağıq. Ona görə kişi ol. Siz kütləsiniz, mən isə təkəm. Telefonu aşağı sal!”.
Xatırladaq ki, Belarusun sənaye nəhəngləri - “Belaruskali”, “Naftan”, MZKT, MTZ, BMZ zavodlarının işçiləri etiraz əlaməti olaraq tətilə çıxıb. İşçilərin tələbləri arasında təhlükəsizlik qüvvələri tərəfindən zorakılığın dayandırılması və günahkarların mühakimə olunması, Aleksandr Lukaşenkonun istefası, seçkilərin qeyri-qanuni olaraq qəbul edilməsi və yeni seçkilərin təyin edilməsi, siyasi məhbusların azad olunması dayanır.