Главная > Dünya / Manset > Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi
Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi27-08-2021, 09:45. Разместил: azadses |
Əfqanıstandan təxliyyə zamanı təyyarənin göyərtəsində dünyaya gələn qız uşağına təyyarənin şərti çağırış adı verilib. CNN bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Uoltersə istinadən məlumat yayıb. Generalın sözlərinə görə, hərbçilər “C-17” təyyarəsinin göyərtəsində dünyaya gələn qızın valideynləri ilə danışıb. “Onlar körpənin adını Riç qoyublar. Belə ki, körpənin valideynlərini Qətərdən Almaniyanın Ramştayn şəhərinə aparan “C-17” təyyarəsinin şərti çağırış adı məhz Riç idi”, - deyə general Tod Uolters vurğulayıb. Вернуться назад |