Главная > Dünya / Manset > Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib

Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib


26-08-2021, 19:03. Разместил: azadses
Pakistanda təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyat Bəlucistan əyalətində gerçəkləşdirilib.

Bildirilib ki, əyalətin Loralai rayonunda ekstremistlərin düşərgəsi mühasirəyə alınıb.

Əməliyyat nəticəsində 7 terrorçu zərərsizləşdirilib, təhlükəsizlik qüvvələri əməkdaşları arasında itki qeydə alınmayıb. Böyük miqdarda silah-sursat ələ keçirilib.


Вернуться назад