Moskvada skripkaçı tələbə öz müəlliminin əl-qolunu bağlayıb yandırdı
Skripkaçı tələbə öz musiqi müəlliminin mənzilinə daxil olaraq onu yandırıb.
Life.ru xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.
76 yaşlı Svetlana T. və onun qardaşı 74 yaşlı Valeri T. polis tərəfindən öz mənzillərində yanmış vəziyyətdə aşkar olunub. Qadın vəfat edib, qardaşı isə sağ qalıb. Ölümündən öncə yaşlı xanım qardaşına qatilin adını açıqlayıb.
Polisdən verilən məlumata görə, axşam saatlarında iki nəfər gənc (təxminən 25 yaşlı) qocaların mənzilinə gəlib və orada iki saat vaxt keçiriblər. Əvvəlcə onlar pəncərəni döyərək, Svetlana Leonidovnanın yanına gəldiklərini deyiblər. Vitali qapını açan kimi gənclər onun üstünə atılaraq döyüb, əl-qolunu bağlayaraq çarpayıya atıblar. Sonra müəllimə yaxınlaşaraq nəyinsə barəsində söhbət edib, daha sonra isə onun da əl-qolunu bağlayaraq qardaşının yanına uzadıblar. Hər ikisinin ağzını bağlayaraq, yorğana büküb od vurduqdan sonra isə hadisə yerindən qaçıblar.
Sağ qalan qoca beyin silkələnməsi və birinci dərəcəli yanıq xəsarətləri alsa da istintaqa baş verənləri danışa bilib və cinayətkarlardan birinin bacısının Andrey adlı tələbəsi olduğunu bildirib.
Cinayətin motivləri hələ ki, aydın deyil. Mənzildəki bütün pullar və qiymətli əşyalar toxunulmaz qalıb. İki gəncin şəxsiyyəti isə müəyyən olunmayıb.