Argentinalı oğurladığı qadını 23 il əsirlikdə saxlayıb
Hazırda 50 yaşı olan argentinalı mexanik Oskar Alberto Rakko 1996-cı ildə oğurladığı qadını 23 il ərzində əsirlikdə saxlayıb.
Bu barədə yerli TN telekanalı məlumat yayıb.
Bugünlərdə Rakkonun işi üzrə məhkəmə prosesi başlayıb. Prokuror cinayətkar üçün 18 il müddətinə həbs tələb edib.
Qeyd edək ki, hadisə Rosario şəhərində baş verib. Hazırda 43 yaşı olan qadın əsirliyinin ilk 4-5 ilində çarpayıya zəncirlənmiş şəkildə saxlandığını, ona qarşı fiziki zorakılığın tətbiq edildiyini bəyan edib.
Qadın yalnız 2019-cu ildə, Rakkonun vanna otağında olmasından istifadə edərək, qaçmağa müvəffəq olub.