Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 9-09-2020, 09:10
- Dünya
![](/uploads/posts/2020-09/medium/1599631797_21c874ad-a3ce-3d8c-93f7-e4cd4601a650_850.jpg)
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.
Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.
“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - o vurğulayıb.
Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var.