Britaniyada yoluxmanın artmasına rəğmən əksər koronavirus məhdudiyyətləri ləğv edilir
Böyük Britaniyada demək olar ki, bütün koronavirus məhdudiyyətləri ləğv edilir.
“Reuters” xəbər verir ki, artıq ölkə sakinlərinə tibbi maskasız gəzməyə, böyük qruplara toplanmağa və yüksək epidemioloji riski olan müəssisələrin yenidən açılmasına icazə verilib.
Eyni zamanda, ölkədə koronairusa yoluxma halı hələ də yüksəkdir.
Ölkənin Baş naziri Boris Conson əhalini diqqətli olmağa və məhdudiyyətlərin qaldırılmasına ləyaqətlə yanaşmağa çağırıb.
O həmçinin peyvəndin ikinci dozasını vurdurmayanlardan israrla vaksin olunmaqlarını istəyib.
Səlahiyyətli orqanlar hesab edirlər ki, xəstələnmənin çoxalması, vaksinasiya sayəsində artıq yüksək ölümlə nəticələnməyəcək.