GÖZLƏNİLƏN XƏBƏR: Toyalara icazə veriləcək - MİLLƏT VƏKİLLƏRİ AÇIQLADI
- 18-01-2021, 15:43
- Cəmiyyət
Artıq ölkədə tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticəsini verir. Belə ki, hazırda həm koronavirus infeksiyasına gündəlik yoluxmaların sayında azalma müşahidə edilir.
Bu gündən etibarən SMS icazə sistemi də ləğv edilib.
Bəs yoluxma dinamikası yaxın günlərdə daha da aşağı düşərsə, toyların keçirilməsinə icazə verilə bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Azər Badamov qarşıdakı aylarda toylara icazə verilmə ehtimalının olduğunu bildirib:
“Bildiyiniz kimi, bu gündən koronavirusa qarşı peyvəndlənmə işlərinə də start verilib. Gələn ayın sonuna qədər ölkə üzrə peyvəndlənmə başa çatarsa, koronavirusa yoluxmaların dinamikası minimuma enəcəkdir. Hesab edirəm ki, ölkə üzrə peyvəndlənmə başa çatandan sonra nəticələrin necə olunacağını müşahidə etmək üçün 1-2 ay gözləməli olacağıq. Əgər tətbiq edilən kütləvi peyvəndlənmə gözlədiyimiz nəticəni verərsə, may ayından sonra tətbiq edilmiş qadağaların mərhələli şəkildə tam aradan qaldırılmasına şərait yaranacaqdır. Burada əlbəttə ki, toyların keçirilməsi məsələsi də var. Yəqin ki, toyların keçirilməsinə icazə müəyyən qaydalar çərçivəsində olacaq”.
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar:
“Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq”.