“Taliban” Əfqanıstandakı nüfuz dairəsini genişləndirir
ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” təşkilatı öz nüfuz dairəsini genişləndirməkdə davam edir.
“TRT Haber”in məlumatına görə, artıq ölkənin şimalındakı Bəlx vilayətinin Özbəkistanla sərhəddə olan Şor Təpə, eləcə də şimal-şərqdəki Tahar vilayətinin Rustak rayonları da qruplaşmanın nəzarətinə keçib.
Vilayət rəhbərlərinin məlumatına görə, hər iki rayonda hökumət qüvvələri itkilər verərək geri çəkilməyə məcbur olub. Buna baxmayaraq, ölkə üzrə son 24 saatda 193 terrorçunun öldürüldüyü bildirilib.
Bununla yanaşı, “Taliban” silahlıları Tacikistanla sərhəddə yerləşən Ukçuk məntqəsinə də hücum ediblər. Geri çəkilən hökumət qüvvələri qonşu dövlətin ərazisinə daxil olub. Tacikistan sərhədçiləri isə humanizm göstərərək, onların sərhədi keçmələrinə mane olmayıblar.