Güzgü qarşısında “selfi” çəkdirmək istəyən gənc sevgilisinin qatili oldu
ABŞ-ın İllinoys ştatının sakini 21 yaşlı qızın qətlində günahkar olduğunu etiraf edib.
“New York Post” nəşri xəbər verir ki, hadisə bir neçə ay əvvəl cütlük “selfi” çəkdirmək istəyərkən baş verib.
Belə ki, 20 yaşlı İsaya Koul marixuana istifadə edəndən sonra tapança ilə güzgünün qarşısına keçib və sevgilisi ilə bərabər foto çəkdirmək qərarına gəlib.
Silahla ehtiyatsız davranan İ. Koul sevgilisinə atəş açıb.
Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları qızın öldüyünü qeydə alıblar.
Polislər həmçinin 20 yaşlı gəncin evindən psixotrop maddə olan metamfetamin aşkar ediblər.
İ.Koul istintaqda ehtiyyatsızlıqdan adam öldürdüyünü və narkotik maddələrin ticarəti ilə məşğul olduğunu etiraf edib.