Koronavirusun yayılmasını kanalizasiya vasitəsilə müəyyən edəcəklər
Kanadalı alimlər tullantı sularının analizi vasitəsilə bu və ya digər bölgədə COVID-19-un yayılmasını müəyyən edəcək yeni alqoritm üzərində çalışırlar.
Bu barədə “CTVNews” məlumat yayıb.
Məlumata görə, kanalizasiya quyularına xüsusi cihazlar yerləşdiriləcək. Onlar insan ifrazatlarında SARS-CoV-2 genləri qalıqlarının olub-olmamasını yoxlayacaqlar. Müvafiq qalıqlar aşkar edildikdə cihaz laboratoriyaya siqnal göndərəcək. Daha sonra isə səhiyyə işçiləri özləri müvafiq quyudakı biomaterialları analiz edəcəklər.
Prosesin bir sutkadan artıq çəkməyəcəyi bildirilib.