Salma Hayek: “Az qala ölmüşdüm”
Tanınmış aktrisa Salma Hayek “Variety” nəşrinə müsahibə verib.
O bildirib ki, ötən il koronavirusa yoluxub və xəstəliyi olduqca ağır keçirib.
54 yaşlı ulduz yeddi gün ərzində bir otaqda təcrid olunduğunu xatırlayıb. O, nəfəs amaqda çətinlik çətib və oksigen balonuna qoşulub.
“Hər şey o qədər pis idi ki, həkimim xəstəxanaya getməyim üçün mənə yalvarırdı. Amma mən dedim ki, yox, sağolun. Evdə ölməyi tərcih edirəm. Az qala ölmüşdüm”, - deyə Hayek qeyd edib.
Hazırda həyat yoldaşı, fransalı milyarder Fransua-Anri Pino və 13 yaşlı qızları ilə birlikdə Londonda yaşayan aktrisa əlavə edib ki, aylardır sağalmasına baxmayaraq, hələ də zəiflik və yorğunluq hiss edir.