Nəzarətdən çıxan Çin raketi Hind okeanına düşdü
Çinin nəzarətdən çıxan “Long March-5B” raket daşıyıcısının qalıqları Hind okeanına düşüb.
Space.Track.com saytı da kosmosa buraxılan, lakin nəzarətdən çıxan raket daşıyıcısının qalıqlarının Maldiv adalarının yaxınlığına düşməsini təsdiqləyib.
Qeyd edək ki, Çin Kosmik Stansiyasının ilk orbital modeli “Tienhı”nı kosmosa daşımaq üçün nəzərdə tutulan“Long March-5B” raketi 29 apreldə kosmosa buraxılıb. Nəzarətdən çıxan raketin iri parçalarının yaşayış məntəqələrinə düşə bilmə ehtimalı var idi. Elə olacağı təqdirdə böyük tələfat gözlənillirdi. Risk zonasına düşən Nyu-York, Madrid və Pekin kimi şəhərlərin adı da çəkilirdi.