azadses.az » Siyasət » Ermənilər Gəncəyə məhz bu səbəbdən “Skad” atdı

Ermənilər Gəncəyə məhz bu səbəbdən “Skad” atdı

Ermənistanın cinayətkar hərbi siyasi rəhbərliyinin qərarıyla humanitar atəşkəs dövründə Gəncə şəhərində mülki əhalinin raket hücumuna məruz qalması növbəti erməni terrorunun bariz nümunəsidir. 
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 10 nəfərin ölümü, 34 nəfərin yaralanmasına səbəb olan qanlı terrorda “Skad” raketindən istifadə edilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov da məlumat verib. O qeyd edib ki, raketin qalıqlarının üzərində 8K-14 yazılıb: “Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir”. 
Qeyd edək ki, dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. Dünyada “Skad” raketiylə mülki əhalinin hədəfə alınması təcrübəsindən demək olar ki, az istifadə edilib. Bu raketdən mülki əhalini vurmaq üçün istifadə etməyə yalnız Ermənistanın faşist xislətli hərbi siyasi rəhbərliyi qərar verə bilərdi. 
Bildirək ki, “Skad” raketi soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə “R-17 Elbrus” adlanır. “Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s). 
Skad-B R-11 (Skad-A) raketinin davamçısı olaraq R-17, 1970-ci illərdən isə R-300 olaraq adlandırılıb. “Skad” raketi döyüşlərdə istifadə olunmuş çox az raketlərdən biridir. Almaniya istehsalı V-2 raketindən sonra ikinci ən çox istifadə olunan ballistik raketdir.
 R-17 (Scud-B) raketi (kompleksin öz adı "ELBRUS") 1961-1987-ci illərdə istehsal olunub.
Scud-B raketləri yeni olduğu vaxtda belə onun ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edirdi. Bu, o deməkdir ki, sən A nöqtəsini hədəfə atırsan, amma raket A nöqtəsinə düşməyəcək, sadəcə A nöqtəsindən 450 metr radiusda bir əraziyə düşəcək.
Bu, raketdən hərbi hədəfləri məhv etmək üçün istifadə çətinlik yaradır, dəqiqlik yoxdur, ona görə də, hərbi məqsədlə tətbiqinin heç bir effekti yoxdur. Sovet dövründə raketin az dəqiqliyini nəzərə almaqla, onun üçün xüsusi nüvə başlıqları hazırlanırdı. Həmin nüvə başlıqları isə raket hədəfdən 450 metr aralıda düşsə belə, partlayış gücünə görə, hədəfi məhv etməyə imkan verirdi.
Adi döyüş başlığı ilə (qəlpəli-fuqas) isə bu raket yalnız böyük mülki hədəflərə zərbə endirmək məqsədilə istifadə olunduqda “effekt” verir. Ermənistan tərəfi də eyni addımı atıb. Qeyd olunanlar məhz bir daha sübut edir ki, erməni tərəfi mülki şəhəri məqsədli şəkildə hədəfə alıb. Belə ki, şəhərin ərazisi böyükdür, dəqiqliyi az olan Scud-B hansısa yerə mütləq dəyib, zərər yetirəcək.
Digər tərəfdən, bu raketlərin sonuncusunun hələ 1987-ci ildə istehsal olunduğunu nəzərə alsaq, avadanlığın köhnəlməsi baxımından, bu günə Scud-B-nin ehtimal olunan yayınma dairəsinin hətta 450 metrdən də çox olması şübhə doğurmur. Bütün bunlar onu söyləməyə əsas verir ki, erməni tərəfi məqsədli şəkildə, bilərəkdən hədəf kimi yayınmağın qeyri-mümkün olduğu böyük şəhəri, Gəncəni seçib. Azərbaycan hərbi hədəfləri məhv etmək üçün yüksək dəqiqlikli Polonez  və Lora sistemlərindən istifadə edir. POLONEZ sisteminin raketlərinin ehtimal olunan yayınma dairəsi təxminən 30-50 metr, silahlanmada olan LORA sisteminin raketlərinin ehtimal olunan yayınma dairəsi təxminən 10 metr təşkil edir. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?