Rusiyada oyun aludəçiliyi xəstəlik sayılacaq
- 26-04-2021, 15:00
- Dünya
“İzvestiya” nəşrinin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata əsasən, oyun aludəçiliyi funksional beyin pozğunluğu olmaqla “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı” adlı çoxcildliyə daxil ediləcək.
Qeyd olunur ki, 55 cilddən ibarət nəşrin elektron variantda istifadəyə verilməsi planlaşdırılır.