Yaponiya koronavirusa qarşı yeni dərman istifadə edəcək
“Kyodo” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi “Baricitinib”ın COVID-19 xəstələri üçün istifadəsini təsdiqləyib.
Bu, “Remdesivir” və “Deksametazon” dərmanlarının ardından üçüncü belə təsdiqlənmədir.
ABŞ-ın “Eli Lilly & Co” əczaçılıq firmasının Yaponiyadakı törəmə şirkəti dekabr ayında dərmanın yeni istifadəsi üçün tənzimləyicilərə müraciət etmişdi.
Sözügedən dərmanın ABŞ-da oksigen terapiyasına ehtiyac duyulan koronavirus xəstələrinin müalicəsində anti-viral “Remdesivir” dərmanına yanaşı olaraq istifadəsi qəbul edilib.