İnsan-heyvan hibridinin yaradılmasının cəmiyyət üçün təhlükələri açıqlandı
Bu barədə “The Conversation” elmi jurnalı məlumat verir.
Bundan əvvəl molekulyar bioloqlar tarixdə ilk dəfə insan və sinomolgus makakalarının (Macaca fascicularis) hüceyrələri ilə embrionlar yaradıblar. Təcrübə ximeraların (elm adamları müxtəlif hüceyrələr qrupundan canlı orqanizmləri belə adlandırırlar) böyüməsinin mexanizmini öyrənmək üçün aparılıb. Gələcəkdə ximeraların transplantasiya üçün orqan yetişdirmədə istifadə ediləcəyi gözlənilir.
Bildirilir ki, ən çətin etik məsələlər, fərqli hüceyrə dəsti olan embrionlarla deyil, canlı doğulmuş ximeraların, məsələn, insan-donuzun yaradılması ilə əlaqəlidir. Çünki insanların digər heyvanlardan daha yüksək mənəvi statusa sahib olduğuna inanılır, lakin hibridlərin yaradılması bu həddi silir.
“Ən çətini məsələ budur ki, onları orqan nəqli mənbəyi olaraq, zərərli tədqiqatlarda və ya başqa məqsədlər üçün istifadə etməyə (və hansı şərtlər daxilində) icazə vermək olarmı (Hansı ki, bu işlərdə insandan istifadə etmirik)?”, - deyə məqalədə bildirilir.
Məqalə müəllifi hesab edirlər ki, gələcəkdə ximeraları öyrənmək, davranışlarını müşahidə etmək və yeni tədqiqat standartları yaratmaqla etik məsələlər həll ediləcək.