Yeni Zelandiyada tütün məmulatları qadağan oluna bilər
- 19-04-2021, 14:00
- Dünya
Yeni Zelandiyada 2025-ci ilədək tütün məmulatlarının istifadəsindən tamamilə imtina etmək planlaşdırılır.
“The Guardian” nəşrinin məlumatına görə, bu barədə yerli hökumətin açıqladığı tütünə qarşı mübarizə tədbirlərində qeyd olunur.
Sənədə əsasən, tütün məmulatlarından istifadə tədricən məhdudlaşdırılacaq və sonda ümumiyyətlə, aradan qaldırılacaq. İlkin mərhələdə siqaretlərin tərkibindəki nikotinin miqdarı azaldılacaq. Daha sonra filtrlərin qoyulması qadağan olunacaq. Həmçinin, 2004-cü ildən sonra anadan olan vətəndaşlara bu məmulatlar satılmayacaq.
Qeyd edək ki, hazırda Yeni Zelandiyada hər il 4.5 min nəfər bu zərərli vərdişlə bağlı xəstəliklərdən vəfat edir.