İçki üstündə dalaşdığı atasını diri-diri basdırdı
- 17-02-2021, 08:01
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə İstintaq Komitəsindən xəbər verilib.
Bildirilir ki, 80 yaşlı kişi oğlundan spirtli içki istəyib, lakin oğlu imtina edib. Bundan sonra onlar arasında mübahisə düşüb, nəticədə oğul atasının başından bir neçə dəfə çəkiclə vurub.
“Atasının öldüyünü düşünən oğul onu odeyala büküb, bostana aparıb və orada basdırıb. Bundan sonra isə qohumlarına atasının öldüyünü və onu dəfn etdiyini deyib. Bundan narahat olan qohumlar polisə xəbər veriblər”, - deyə hüquq mühafizə orqanından bildirilib.
Təqaüdçünün basdırılmış cəsədinin yanından çəkic və üzərində qan ləkələri olan taxta tapılıb. Tibb ekspertiza 80 yaşlı kişinin orqanizmin ümumi soyumasından öldüyünü müəyyən edib.
Cinayət işi açılıb, qurbanın 54 yaşlı oğlu saxlanılıb.