Avropada “Johnson & Johnson” peyvəndinin tətbiqi təxirə salınıb
- 14-04-2021, 14:00
- Dünya
“RİA Novosti” xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.
Bir qədər əvvəl ABŞ-ın müvafiq qurumları tərəfindən “ehtiyat tədbirləri səbəbindən” ölkə daxilində də peyvəndin tətbiqinin dayandırılması tövsiyyə olunub.
Bəzi məlumatlara görə, adıçəkilən vaksin qan damarlarında trombların yaranmasına, eləcə də digər əks təsirlərə səbəb olur.
Hazırda iddialarla ilə bağlı elmi araşdırmalar aparılır.