Deputat Belçika və Böyük Britaniya mətbuatına erməni təxribatından danışdı
- 13-10-2020, 12:51
- Siyasət
Milli Məclisin üzvü, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Belçikanın “EU Tribune” və Böyük Britaniyanın “London Post” saytına növbəti dəfə müsahibə verib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, deputat 10 oktyabrda Moskvada əldə olunan humanitar məqsəd daşıyan atəşkəs zamanı Ermənistan tərəfindən Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərini və kəndlərini ağlr artilleriya silahlarından və raketlərdən istifadə etməklə atəşə tutması barədə ətraflı məlumat verib.
Gəncədə şəhər mərkəzinin atəşə tutulması nəticəsində 10 nəfər dinc sakinin həyatını itirməsini və 30-dan çox vətəndaşın isə yaralandığını bildirən C.Feyziyev Ermənistanın atəşkəs rejimindən sui-istifadə aktını barbarlıq və hərbi cinayət adlandırıb.
Millət vəkili bildirib ki, Ermənistanın bilərəkdən dinc vətəndaşları hədəfə alması mülki əhali arasında vahimə yaratmaq məqsədi güdür və beynəlxalq hüquq qanunlarına görə Ermənistanın bu addımı müharibə cinayəti olaraq qiymətləndirilir.
Deputat xarici medaya müsahibəsində deyib: “...Ermənistan bu addımları ilə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir, Azərbaycanı daha geniş miqyaslı əməliyyatlara cəlb etməyə və ücüncü tərəflərin də münaqişəyə cəlb olunmasına çalışır. Ümid edirik ki, dünya birliyi təcavüzkarın çirkin niyyətlərinin qarşısını almaq üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək və nəhayət, Azərbaycan öz ərazisində daimi sülhün bərqərar olunmasını təmin edəcək.