Türkiyədə koronavirusla bağlı son vəziyyət
- 11-03-2021, 17:00
- Dünya
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 145 130 nəfərin COVID-19 testi yoxlanılıb və onlardan 14 556 nəfərin cavabı pozitiv çıxıb.
Son 24 saat ərizində ölkə ərazisində 9 193 nəfər koronavirus xəstəsi sağalıb ki, bununla da indiyədək müalicəsi və ya karantin müddəti bitənlərin ümumi sayı 2 649 862 nəfərə yüksəlib.
Virusdan ölənlərin sayı isə əksinə, azalıb. Belə ki, sutka ərzində Türkiyədə müvafiq diaqnozla 67 nəfər vəfat edib.
Hazırda ölkənin tibb müəssisələrində ağır vəziyyətdə olan COVID xəstələrinin sayı 1 309 nəfərdir.