Moskvada ata beş yaşlı oğlunu öldürdü
Bu barədə News.ru məlumat yayıb.
Moskvanın Proletarski prospektində yerləşən binada baş vermiş hadisə ilə bağlı bina sakinləri hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları azyaşlının həyatını xilas edə bilməyib. Aldığı kəllə-beyin travması uşaq üçün ölümcül olub.
Azyaşlının valideynlərinin ayrıldığı və həftə sonlarını atası ilə keçirdiyi qeyd olunur.
Faktla bağlı araşdırma başladılıb.