Milyonçu homoseksual ailənin qızı gözəllik xərclərini açıqladı
- 4-03-2021, 19:00
- Mədəniyyət
“The Sun” qəzetinin yazdığına görə, Floridada dəbdəbəli malikanədə yaşayan gənc xanım hər ay Britaniyadakı kosmetoloqunu şəxsi təyyarə ilə evinə gətizdirir.
Təkcə bu səfər üçün o, 10 min dollar (təxminən, 17 min manat) xərcləyir. Saçlarına qulluq üçünsə milyonçu qızı ildə 12 min dollarından (təxminən, 20 min manat) keçməli olur. Bəzən onun təkcə bir saç düzümü üçün min dollar (təxminən, 1700 manat) ödədiyi bildirilir.
Safronun sözlərinə görə, son iki ildə o, kosmetik vasitələrə təqribən 40 min dollar (təxminən, 68 min manat) xərcləyib. Aldıqlarının bir çoxunu isə istifadə etmədən atıb, yaxud da dostlarına hədiyyə edib.
“Mənim 40 tonal kremim, 200 dodaq üçün karandaşım var. Onların hamısı “Tom Ford”, “Chanel”, “Dior” kimi brendlərin məhsullarıdır”, - deyə Safron bəyan edib.
O, həmçinin bildirib ki, gündəlik makiyajı ona 300 dollara başa gəlir.