Dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
- 12-08-2020, 10:46
- Dünya
Türkiyədə Hatay vilayət valisinin köməkçisi və Afrin bölgəsinə nəzarət edən Tolqa Polat ailə üzvlərini öldürüb.
“Hürriyet” məlumat verir ki, o, anası İkbal Polatı və qardaşı Altuğ Polatı güllələyərək qətlə yetirib.
Məlum olub ki, onların arasında ailəyə məxsus torpağın bölüşdürülməsi ilə bağlı mübahisə yaranıb.
Cinayəti törədən şəxs tutulub. Hadisə zamanı vali köməkçisinin evdə olan atası Şərəf Polat şahid kimi polis idarəsinə aparılıb.
Qeyd edək ki, Tolqa Polat üç uşaq atasıdır.