Paşinyanın “İsgəndər” açıqlaması Moskvanı HİDDƏTLƏNDİRDİ: Təcili olaraq...
- 25-02-2021, 10:54
- Dünya
“Komsomolskaya Pravda”nın hərbi müşahidəçisi, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Viktor Baranets Ermənistan baş naziri Nikol Paşinyanın “İsgəndər” taktiki raket komplekslərinin yararsızlığı barədə açıqlaması ilə əlaqədar taktiki raket dizayn mühəndisi, texniki elmlər doktoru Vladimir Kovalyova müraciət edib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, o, Paşinyanın açıqlamasının cavabdehliyini daşımalı olduğunu bildirib.
“Raket sisteminə qarşı bu cür ciddi iddialarla çıxış etmək və eyni zamanda, məsələnin mahiyyətini “bilmədiyini” açıq şəkildə etiraf etmək Ermənistanın baş naziri üçün ləyaqətsiz və hətta şərəfsiz addımdır. Onun “80-ci illərin silahı” ilə bağlı sözləri cahil həvəskarlıq əlamətidir. Rusiya ordusunun “İsgəndər”lə təchiz edilməsi 2019-cu ilin sonunda bitib. Belə olduğu halda, hansı “80-ci illərin silahlarından” danışmaq olar?”, - Viktor Baranets müraciətində qeyd edib.
O, kompleksin sınaqlarına şahid olduğunu və döyüş başlığının partlamaması hallarına heç vaxt rast gəlmədiyini bildirib: “Bunun baş verməsi üçün ehtimal ki, döyüş başlığını raketdən “açmaq” və ya kompleksin saxlanmasını qeyri-peşəkarlara həvalə etmək lazımdır. Paşinyan raketin döyüş başlığının cəmi 10 faiz partladığını söyləyəndə başqa nə düşündüyümü bilirsinizmi? Baş nazirin təcili olaraq savadsızlığını aradan qaldırması lazımdır! Təhsil proqramına ehtiyacımız var! Göründüyü kimi, o, ya məktəbdə savadsız şagird olub, ya da idxal etdiyi “İsgəndər”in döyüş başlığının tutumunun ruslarınkından 10% aşağı olduğunu kimdənsə eşidib. Moskva bunu heç vaxt İrəvandan gizlətməyib! Bu cür absurdluq məşhur erməni lətifələrində belə yoxdur”.