Sarkisyan ETİRAF ETDİ: "Atılan "İsgəndər" partlamayıb..."
- 24-02-2021, 08:31
- Dünya
"44 günlük müharibədə “İsgəndər” raketi atılıb, amma partlamayıb və ya 10% partlayıb".
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan erməni xəbər portalı 1in.am-a müsahibəsində deyib.
O bildirib ki, yəqin bu raketlər 80-ci illərin istehsalıdır.
Xəbər portalı Sarkisyanın bu fikirlərinə təəccüblə yanaşıb. - “İsgəndər” raketlərinin kütləvi istehsalı 2006-cı ildə buraxılıbsa, onu necə 80-ci illərə aid etmək olar?
Serj Sarqsyan ötən günlərdə “İsgəndər” raketlərindən niyə istifadə olunmadığını sual etmişdi. Sarqsyanın sualının baş nazirə ünvanladığını yada salanda Paşinyan belə cavab verib: “Bəlkə o da bu suala cavab versin ki, niyə atılan “İsgəndər” partlamayıb və ya cəmi 10% partlayıb?.
Qeyd edək ki, Sarqsyan“İsgəndər” raketinin müharibənin sonunda Şuşaya atıldığı barədə etibarlı mənbədən məlumat aldığını bildirmişdi.