Главная > Dünya > Sarkisyan ETİRAF ETDİ: "Atılan "İsgəndər" partlamayıb..."
Sarkisyan ETİRAF ETDİ: "Atılan "İsgəndər" partlamayıb..."24-02-2021, 08:31. Разместил: azadses |
"44 günlük müharibədə “İsgəndər” raketi atılıb, amma partlamayıb və ya 10% partlayıb". ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan erməni xəbər portalı 1in.am-a müsahibəsində deyib. O bildirib ki, yəqin bu raketlər 80-ci illərin istehsalıdır. Xəbər portalı Sarkisyanın bu fikirlərinə təəccüblə yanaşıb. - “İsgəndər” raketlərinin kütləvi istehsalı 2006-cı ildə buraxılıbsa, onu necə 80-ci illərə aid etmək olar? Serj Sarqsyan ötən günlərdə “İsgəndər” raketlərindən niyə istifadə olunmadığını sual etmişdi. Sarqsyanın sualının baş nazirə ünvanladığını yada salanda Paşinyan belə cavab verib: “Bəlkə o da bu suala cavab versin ki, niyə atılan “İsgəndər” partlamayıb və ya cəmi 10% partlayıb?. Qeyd edək ki, Sarqsyan“İsgəndər” raketinin müharibənin sonunda Şuşaya atıldığı barədə etibarlı mənbədən məlumat aldığını bildirmişdi. Вернуться назад |