Pandemiya ilə əlaqədar əlavə ərzaq ehtiyatı yaradıla bilər? - AÇIQLAMA
- 22-10-2020, 15:20
- Cəmiyyət
Pandemiya ilə əlaqədar Azərbaycanda ərzaq təminatı ilə bağlı problem yoxdur. Bundan sonra da olmayacaq.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
Dünyanın bir sıra ölkələrində pandemiya ilə əlaqədar əlavə ərzaq ehtiyatının yaradılması üçün işlər görülür. Nazirliyin şöbə müdiri bildirib ki, bu addım həmin ölkələr tərəfindən atılır ki, orada ərzaq tədarükü ilə bağlı hansısa problemlər yarana bilər və ya yaranma riskləri var. Hazırkı dövrdə Azərbaycanda belə bir risk yoxdur:
“Əgər, ehtiyac olarsa, belə bir qərar Nazirlər Kabineti tərəfindən veriləcək. Kənd Təsərrüfatı Nazirliyi bu prosesdə icra edən tərəf olacaq. Hazırda əməkdaşlarımız cəbhəyanı ərazilərə ezam olunub və burada proses axarında irəliləyir. Məhsul yığımı davam edir. Hazırda taxıl səpini prosesi gedir”.
O qeyd edib ki, ölkənin indiyə qədər formalaşmış ehtiyatlarla bağlı, həmçinin, bundan sonra da yarana biləcək risklərlə bağlı hər hansı bir çətinliyi yoxdur.