Qlobal istiləşməyə qarşı Bill Qeytsdən “süni ət” məsləhəti
- 18-02-2021, 08:02
- Dünya
Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts varlı ölkələri süni ət istehlak etməyə çağırıb.
''Azad Səs'' xəbər verir ki, o, bunu inəklərdən qaynaqlanan metan qazı emissiyalarının azaldılması ilə əsaslandırıb.
“Microsoft”un yaradıcısı “İqlim fəlakətinin qarşısı necə alınmalıdır?” adlı kitabının reklamını edərkən, “qidanın gələcəyi” adlandırdığı süni ət istehlakını yenidən gündəmə gətirib.
O, zəngin ölkələri iribuynuzlu heyvanların saxlanılmasından əl çəkməyə çağırıb və bildirib ki, inəklərdən qaynaqlanan qaz qlobal istiləşmədə rol oynayır.
“Ən kasıb 80 ölkənin süni ətlə qidalana biləcəyini güman etmirəm. Bütün zəngin ölkələrin süni ət yeməyə keçməsinin zəruri olduğu fikrindəyəm. Süni ətin dadına zamanla alışmaq mümkündür”, - o əlavə edib. (Qafqazinfo)